20 Sentyabr 2024
Ölkə futbolu

“Çox çalışdıq ki, Budaq Nəsirovu futbola qaytaraq” – Ayxan Abbasov

“Sabah” iddialı, geniş heyətə malik komandadır. Ötən mövsüm avrokuboklarda çıxış ediblər. Murad Musayevin gedişinin bizə mənfi və ya müsbət tərəflərinin nələr olacağını deyə bilmirəm. Amma indi bizim üçün daha çətin olacaq. Çünki rəqibdə hər bir dəyişiklik ola bilər. Komandanı oyuna çıxaracaq məşqçinin hansı yenilikləri edəcəyini bilmirik. Biz öz hazırlığımızı davam etdiririk”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqası 21-ci turu çərçivəsində keçiriləcək “Sabah” oyunu öncəsi danışarkən deyib. O, daha sonra belə davam edib:

Təəssüf ki, oyuna tam heyət hazırlaşa bilmirik. Luis Paçu xəstələnib. Dünən hazırlıqla başlasa da, bir neçə məşqi buraxıb. Faiq Hacıyev də eyni zamanda xəstədi. Fərid Yusifli də zədələnib, Kamal Bayramov da yoxdur. Ancaq əlimizdəki oyunçularla çalışmalara davam edirik.”

Ayxan Abbasov futbolçusu Budaq Nəsirovun əvəzedici heyətdə komanda yoldaşını vuraraq cəzalanmasına belə münasibət bildirib:

“İstəməzdim belə bir hadisə baş versin. Çox çalışdıq ki, Budağı futbola qaytaraq. Yavaş-yavaş çətin durumdan çıxmışdı. Formasını da bərpa edirdi. Hadisə əvəzedici heyətdə olub, oyundan çıxandan sonra komanda yoldaşı ilə mübahisə edib. Belə şeylər bağışlanmır. Hazırda I Liqa klublarından təklifləri var. Onlar heyətlərində görmək istəyirlər oyunçunu. Budağa da demişik. Qərarı özü verəcək. Biz istəyirik ki, Budaq futbolda qalsın. Karyerasını davam etdirsin”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43