“Turan Tovuz”un futbolçusu Budaq Nəsirov komandadan ayrıla bilər.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçuya I Liqa klublarından təklif var. Tovuz klubu artıq bununla bağlı futbolçu ilə söhbət edib. Nəsirovun yaxın günlərdə qərarını verəcəyi bildirilir.
Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”un əvəzəedici heyətində komanda yoldaşını vuraraq 4 oyunluq cəzalanıb.