“Mətbuatda deyirlər ki, rəhbərliklə münaqişəm var? Klub rəhbərliyi ilə əla münasibətim olub. Hətta ideal olduğunu demək olar. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”dan ayrılan Murad Musayev Rusiya mətbuatına danışarkən deyib. O, Azərbaycan klubunun rəhbərliyi ilə münasibətinin çox yaxşı olduğunu bildirib:
“Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri, hər şey. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət sözlər olacaq”.