Cesse Linqard yeni adresi Cənubi Koreya olacaq.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı vinger “Seul”la 2 illik müqavilə imzalayacaq. Təcrübəli oyunçunun gələn həftə Koreyada olacağı gözlənilir.
Linqard ötən ilin yayından bəri azad agent idi. Onun son klubu “Nottingem Forest” olub.