“Real” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün çox çalışır.
İdmanxeber.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabından paylaşım edib:
“Pərdə arxasında “Real” Kilian Mbappeni transfer etmək üçün çox çalışır. Artıq danışıqlara başlanıb”.
Mbappenin parislilərlə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Bu mövsüm o, bütün turnirlərdə 27 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.