20 Sentyabr 2024
Dünya futbolu

“Beşiktaş”ın yeni müdafiəçisi Türkiyəyə gəldi

”Beşiktaş” qış transfer pəncərəsində 2-ci keçidini reallaşdırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “qara-qartal” “Nottingem Forest”in müdafiəçisi Ceo Vorrelli heyətinə qatacaq. 27 yaşlı müdafiəçi artıq İstanbuldadır və dünən keçirilən “Trabzonspor”la oyunu stadiondan izləyib.

Vorrell bu mövsüm cəmi 9 oyunda meydanda olub. O, mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunda çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43