20 Sentyabr 2024
Ölkə futbolu

Misli Premyer Liqasında mövsümün rekordu

Misli Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

İdmanxeber.az-ın məlumatına görə, 21-ci turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 tamaşaçı izləyib.

10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordudur. Bunadək rekord 10-cu turun “Turan Tovuz” “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43