19 Sentyabr 2024
İdman

Trampdan növbəti çempionluq

2019-cu ilin dünya çempionu Cad Tramp “German Masters 2024” turnirinin qalibi olub.

İdmanxeber.az-ın məlumatına görə, finalda Tramp Çin təmsilçisi Si Jiahuiyə 10:5 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsində ingiltərəli Tramp həmyerlisi Sem Kreyqi məğlub etmişdi. Si Jiahui də öz növbəsində finala çıxmaq uğrunda görüşdə Kiron Vilsona qalib gəlmişdi.

Yanvarın 29-da başlayan “German Masters 2024” turniri Berlinin “Tempodrom” arenasında baş tutub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43