19 Sentyabr 2024
Dünya futbolu

Almaniyalı mütəxəssis “Barselona”nın yeni baş məşqçisi ola bilər

Hansi Flik yeni mövsümdə “Barselona”nın baş məşqçisi olmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, ötən günlərdə almaniyalı mütəxəssisin ispanca öyrənməyə başladığı barədə mətbuatda xəbərlər çıxmışdı.

Ötən ilin sentyabrından bəri işşiz olan Flik son olaraq Almaniya millisini çalışdırıb. 58 yaşlı almaniyalı “Bavariya”nın baş məşqçisi kimi Çempionlar Liqasını qazanmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43