“Real” dünən keçirilən görüşdə “Jirona”nı 4-0 hesabıyla məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, oyunda dubl edən Cud Bellinqhem qollarının sayını 16 edib.
20 yaşlı yarımmüdafiəçi La Liqada 1-ci ilində 16 qola çatan ilk yarımmüdafiəçi olub.
Bellinqhem ötən ilin yayında 110 milyon avroya “Borussiya”dan “Real”a keçib.