”Real” dünən keçirilən oyunda “Jirona”nı (4-0) məğlub edərək İspaniya liqasında vahid liderliyə yüksəlib.
İdmanxeber.az-ın məlumatına görə, görüşdə hesabı açan Vinisius “kral klubu”nda 71-ci qolunu vurub.
23 yaşlı vinger Roberto Karlosu keçərək Madrid klubunun heyətində ən çox qol vuran 2-ci braziliyalı olub. Ən məhsuldar braziliyalı isə 103 qolla fenomen Ronaldodur.