“Zirə” Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” görüşünə 2 itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, zədələri davam edən Rüstəm Əhmədzadə və Filipe Paxtmant bu görüşdə iştirak edə bilməyəcək. “Neftçi” oyununda (0:1) cəzalı olduğu üçün forma geyinə bilməyən Ruan Renato isə Naxçıvan klubuna qarşı meydanda olacaq.
“Zirə” – “Araz Naxçıvan” matçı fevralın 25-də, saat 16:30-da start götürəcək.