“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bryuyne komandanı tərk etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı belçikalı 35 yaşına kimi komandada çıxış edib, sonra isə karyerasını başa vurmaq üçün “şəhərlilər”la müqavilə uzatmağı gözləyir.
De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçi əvvəllər “Volfsburq”, “Çelsi” kimi klublarda çıxış edib.
Futbolçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının futbolçunun xidmətində maraqlı olduğu bildirilirdi.