19 Sentyabr 2024
Dünya futbolu

Xavini italiyalı mütəxəssis əvəz edə bilər

”Barselona” yeni mövsüm üçün məşqçi arayışlarını davam etdirir.

İdmanxeber.az “Mundo Deportivo” nəşrinə əsasən xəbər verir ki, Katalon klubunun namizədlərindən biri də Simone İnzagidir. “İnter”lə əlavə mövsüm keçirən 47 yaşlı mütəxəssis komandası 1 oyun az keçirməsinə baxmayaraq A Seriyasında ən yaxın rəqibini 9 xal qabaqlayır.

İnzagi 2021-ci ilin yayından “İnter”i çalışdırır. O, “nerazzurri” ilə 2 İtaliya Kuboku,  3 İtaliya Superkuboku qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43