Azərbaycan I Liqa təmsilçisi “Karvan” klubu heyətini gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, Yevlax təmsilçisi nigeriyalı hücumçu İsmael Sanaqo ilə anlaşıb. Son olaraq ölkəsinin “Plateu Yunayted” klubunda çıxış edən 22 yaşlı hücumçu mövsüm sonuna qədər “Karvan”la sözləşmə imzalayıb.
Rəsmi açıqlamanın yaxın günlərdə edilməsi gözlənilir.