Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə sözügedən komanda XXV turda “Altay”ı qəbul edib. Matç Ümraniye təmsilçisinin qələbəsiylə başa çatıb – 2:0.
Coşqun bu görüşdə 72-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
“Ümraniyespor” 25 turdan sonra 30 xalla 12-ci sıradadır.