“Mançester Siti” İngiltərə Premyer Liqasında 2023-2024 mövsümünün qalibi olub.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” son turda “Vest Hem”ə 3:1 hesabı ilə qalib gəlməklə xallarını 91-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib.
Bununla da Mançester təmsilçi “Arsenal”ı 2 xal qabağlayaraq tarixində 10-cu dəfə İngiltərə çempionu adını qazanıblar.