Bolqarıstan çempionatında 2023-2024 mövsümü başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, U-21 millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” klubu “Botev”in qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Həmyerlimiz də bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana çıxıb.
“Arda” mövsümü 51 xalla 10 komanda arasında 8-ci pillədə başa vurub.