Yenicə bitən 2023-2024 mövsümündə gözənilən nəticəni verə bilməyən “Səbail”də büdcənin azaldılacağı haqda xəbər vermişdik.
İdmanxeber.az-a daxil olan məlumata görə, komandanın baş sponsoru “Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) klub üçün başa çatan mövsümdə ayırdığı 9 milyon manatlıq büdcəni 40% azaldıb.
Avrokuboklara vəsiqə qazana bilməyən, 7-ci olaraq Premyer Liqanı başa vuran klubun yeni mövsümdən büdcəsi maksimum 5 milyon manat olacaq.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin komandanın baş məşqçisi Şahin Diniyevlə bağlı qərarı isə fərqli olub. O, yeni mövsümdən də Diniyevin komandada qalmasına müsbət yanaşıb.