20 Sentyabr 2024
Milli komanda

Avropa çempionatı: Millimiz Belçikanı məğlub etdi

Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Avropa çempionatında ilk oyununa çıxıb.

Komanda Belçika millisi ilə üz-üzə gəlib. Görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb

Azərbaycan millisi iyunun 3-də İtaliya ilə qarşılaşacaq. Komandamız iyunun 4-də Fransa ilə üz-üzə gələcək.

Avropa çempionatı

13:00. Belçika – Azərbaycan – 0:3

Qollar: Vüsal İsayev, 25+1, 35, Samir Həmzəyev, 39


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43