19 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı” Ramiz Məmmədovla bağlı qərarını verdi – RƏSMİ

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” klubunun İdarə heyətinin növbəti iclasında bir sıra qərarlar qəbul edilib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İclasda  ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi töhfəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.

Müzakirələr nəticəsində  Ramiz Məmmədovun idarə heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq klubun baş məşqçisi kimi başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43