24 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” legioner hücumçu transfer etdi

Transfer çalışmalarını davam etdirən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a daxil olan məlumata görə, “qartallar” hücum xəttinə yeni transfer edib.

Söhbət “Səbail”də ayrılan Aleksandr Ramalinqomdan gedir. Madaqaskarlı hücumçu ilə bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb.

Onunla 2 illik müqavilə imzalanması gözlənilir.

Son mövsümdə 15 qol vuran legioner “dənizçilər”lə başa çatan müqaviləsini yeniləməmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43