22 Sentyabr 2024
Dünya futbolu

Çempionlar Liqasında ən yaxşılar açıqlandı

Çempionlar Liqasında 2023-2024 mövsümünün ən yaxşı futbolçuları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, turnirin ən güclüsü “Real”ın oyunçusu Karlos Vinisius seçilib. O, cari mövsüm ÇL-də çıxış edən ən yaxşı futbolçu adına layiq görülüb.

Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu da Madrid klubunun üzvü olub. İngiltərəli oyunçu Jud Bellinqem hamını qabaqlaya bilib.

Xatırladaq ki, “Real” cari mövsüm ÇL-in qalibi olub. Komanda finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43