22 Sentyabr 2024
İdman

Qəbələdə keçirilən beynəlxalq turnir başa çatdı

Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi sona çatıb.

İdmanxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, İtaliya milisi finalda “Barselona Panthers” (İspaniya) klubunu 15:12 hesabı ilə məğlub edib.

Xatırladaq ki, yığmamız 1/4 finalda Barselona təmsilçisinə 21:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Baku Fleyms” qrupda keçirdiyi hər üç oyunda məğlub olaraq turnirlə erkən vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43