20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə”nin UEFA-ya sifarişi: Öncə Mərdəkan, sonra Gənclik

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” avrokuboklarda ev oyunlarını keçirəcəyi stadionları UEFA-ya sifariş edib.

İdmanxeber.az-a daxil olan məlumata görə, “qartallar” UEFA-ya etdiyi sifarişdə əsas meydança kimi “Liv Bona Dea Arena”nı göstərib.

Alternativ variant isə Tofiq Bəhrəmov adına Respublika stadionudu.

Qeyd edək ki, Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv turnirə I təsnifat mərhələsindən qoşulacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43