20 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı”da növbəti ayrılıq

2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında oynamaq hüququ qazanan “Şamaxı”da növbəti ayrılıq baş tutub. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan İbrahim Aslanlı ilə yollar ayrılıb.

Müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev , Elçin Qasmov , Əbil Əbilov, Əli Mürsəlovla yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43