20 Sentyabr 2024
Dünya futbolu

Mbappenin “Real”da qazanacağı məbləğ açıqlandı

“Real”ın yeni futbolçusu Kilian Mbappe imza bonusu olaraq 150 milyon avro alacaq

 İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı forvardın maaşı mövsümə 15 milyon avro olacaq.150 milyonluq imza bonusu bütün beş il üçün ödəniləcək. Oyunçu həmçinin imic hüquqlarının faizini alacaq.

İyunun 3-də “Real” Mbappe ilə müqavilə imzaladığını açıqlayıb. 25 yaşlı fransalı Madrid klubunda 9 nömrəli forma ilə mübarizə aparacaq.

Futbolçunun rəsmi təqdimat mərasimi iyulun ortalarına planlaşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43