20 Sentyabr 2024
Ölkə futbolu

“Başqa ölkələrin klublarından yaxşı təkliflər gəlir” – “Turan Tovuz”un legioneri

“Turan Tovuz”un legioneri Roderik Millerə ölkə xaricindən təkliflər var.

Bu barədə İdmanxeber.az saytına panamalı futbolçunun özü açıqlama verib. Hazırda yığmanın heyətində olan oyunçu gələcək karyerası ilə bağlı qərarını Azərbaycana dönəndən sonra verəcək:

“Turan Tovuz”la gələn ilə qədər müqaviləm var. Başqa ölkələrin klublarından yaxşı təkliflər gəlir. Hələlik heç bir qərar verməmişəm. İndi bütün diqqətim millinin oyunlarındadı. Hazırda klubda nə baş verdiyini bilmirəm. Ümid edirəm ki, tezliklə hər şey düzələcək. “Turan Tovuz” yüksək yerlər üçün oynamağa layiq komandadır. Baş məşqçinin gedişi bizi çox kədərləndirdi. Ancaq futbolda belə hallar olur. Yolumuza davam edəcəyik”.

Xatırladaq ki, təcrübəli müdafiəçi ötən ildən Tovuz klubunda çıxış edir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43