20 Sentyabr 2024
Dünya futbolu

Simeone ispaniyalı futbolçunu istəmir

“Atletiko”nun yarımmüdafiəçisi Saul Niqes yayda klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone növbəti mövsümdə futbolçudan yararlanmaq niyyətində deyil. 29 yaşlı ispaniyalının  müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Saul “Atletiko”nun yetirməsidir. Ötən mövsüm yarımmüdafiəçi komandanın heyətində bütün turnirlərdə 49 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı onun dəyərini 7,5 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43