21 Sentyabr 2024
Ölkə futbolu

“Zirə”nin Avropa Liqasına hazırlıq planı müəyyənləşdi

“Zirə”nin yay hazırlıq planı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

14 iyun – 4 iyul tarixlərində Türkiyənin Bolu şəhərində baş tutacaq toplanışda komanda üç yoxlama oyunu keçirəcək. Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub. 

Rəqiblər barədə məlumat veriləcək.

Xatırladaq ki, “Zirə” yeni mövsümdə Azərbaycanı Avropa Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43