21 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan klubunda daha bir ayrılıq – RƏSMİ

“Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, qapıçı Səlahət Ağayev Bayıl təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Səbail” bundan əvvəl Adil Nağıyev və Ağabala Ramazanovla yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43