21 Sentyabr 2024
Ölkə futbolu

“Araz-Naxçıvan” klubu legioneri ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” klubu futbolçusu Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43