Azərbaycan II Liqasında çıxış edəcək növbəti klubun adına aydınlıq gəlib.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan II Liqasını 13-cü sırada bitirən “Şəfa” AFFA Region Liqasının ikincisi “Hypers”lə pley-off mərhələsində üz-üzə gəlib. Hər 2 oyun da ikincilərin qələbəsi ilə başa çatıb (2:0, 2:1).
Bu nəticənin ardından “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun baş məşqçisi olduğu “Hypers” 2024/2025 mövsümündən etibarən Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, məğlub olan “Şəfa” klubu isə yeni mövsümdən AFFA Region Liqasında çıxış edəcək.