“Arsenal” “Jirona”nın vingeri Viktor Tsqankovu transfer etməkdə maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Ukrayna millisinin üzvü də yayda komandadan ayrılmaq niyyətindədi. Tsqankov ötən mövsüm klub səviyyəsində 34 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Transfermarkt” oyunçunun bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir. Futbolçunun “Jirona” ilə müqaviləsi 2027-ci ilə qədərdir.