20 Sentyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”in futbolçusu Avro-2024-dən kənar qala bilər

“Mançester Yunayted”in futbolçusu Harri Maquayr İngiltərə millisinin heyətinə daxil edilməyə bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçunun səhhətində problem yaranmasıdı. O, hazırda mütəxəssislərin təyin etdiyi fərdi proqramla məşğuldur.

Avro-2024 gələn həftə start götürür. İngiltərə yığması qrup mərhələsində Serbiya (16 iyun), Danimarka (20 iyun) və Sloveniya (25 iyun) ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43