20 Sentyabr 2024
Dünya futbolu

PSJ “Mançester Siti”nin gənc oyunçusunu istəyir

“Mançester Siti”nin hücumçusu Julian Alvares karyerasını PSJ-də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu futbolçunun transferində son dərəcə maraqlıdır. Artıq “Mançester Siti”yə müraciət ediblər.

Futbolçunun özü də daha çox oyun vaxtı olarsa, transfer variantını nəzərdən keçirməyə hazırdır. “Mançester Siti” rəhbərliyi 24 yaşlı forvardı heyətində saxlamaq istəyir.

Ötən mövsüm Alvares bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43