19 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqa klubu portuqaliyalı ilə razılıq əldə etdi – SON DƏQİQƏ!

“Kəpəz” növbəti mövsümün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “sarı-göylər” bir müddətdi danışıq apardığı İqor Rodrigeslə razılıq əldə edib. Rəhbərlik portuqaliyalı qolkiperlə bir illik müqavilə imzalayacaq.

Təcrübəli qolkiper növbəti mövsüm də Gəncə təmsilçisində çıxış edəcək.

Xatırladaq ki, Rodriges ötən mövsümdən “sarı-göylər”də çıxış edir. O, bu müddət ərzində 24 oyunda Gəncə klubuna kömək edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43