20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın futbolçusu “Səbail”də – RƏSMİ

2024/2025-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” iki yeni futbolçunu heyətinə qatıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

“Dənizçilər” son olaraq, “Kəpəz”də çıxış etmiş 24 yaşlı müdafiəçi Vüsal Məsimovu və “Qarabağ”ın 22 yaşlı yarımmüdafiəçisi Nihat Quliyevi transfer ediblər. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43