20 Sentyabr 2024
Dünya futbolu

“MLS-ə turist kimi getmirəm” – fransalı hücumçu

Fransa millisinin hücumçusu Olivye Jiru “Milan”ı tərk etmək qərarının səbəbini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı futbolçu tezliklə azad agent kimi ABŞ klubu “Los Anceles”ə keçəcək. O, bunun bu komandası seçməsindən danışıb:

“Mən hiss etdim ki, çox yüksək səviyyədə çıxış etmək üçün “bəsdi” demək vaxtı çatıb. Amma mən MLS-ə turist kimi getmirəm”.

2023/24 mövsümündə hücumçu “Milan”ın heyətində bütün yarışlarda 45 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43