20 Sentyabr 2024
Dünya futbolu

Pep Qvardiola “Barselona”ya qayıtmayacaq

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”ya mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis Kataloniya təmsilçisinə qayıtmayacağını bildirib: “Bu qapı artıq bağlanıb. Mənim əvvəlki vaxtlarım deyil”.

Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında “Barselona” 14 kubok qazanıb.

53 yaşlı Qvardiola 2016-cı ildən “Mançester Siti”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43