21 Sentyabr 2024
Dünya futbolu

“Bayer”li “Barselona”ya keçə bilər

“Barselona” “Bayer”in futbolçusu ilə maraqlanır. 

İdmanxeber.az-ın məlumatına görə, söhbət Ceremi Frimponqdan gedir. “Barselona” sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyir və alman klubunun oyunçusuna diqqət yetirir. Hətta  Bundesliqa klubuna ilk təklif də verilib.

Qeyd olunur ki, “Barselona”nın üzvü Ansu Fati də sövdələşməyə daxil ola bilər. “Bayer” vingeri icarəyə götürməyi və ya sərfəli qiymətə satın almaq niyyətindədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43