20 Sentyabr 2024
Dünya futbolu

Levandosvki AÇ-nin ilk görüşünü buraxacaq

Polşa millisinin hücumçusu Robert Levandovski 2024-cü il Avropa çempionatının ilk oyununu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə milli komandanın baş həkimi Yaçek Yaroşevski məlumat verib. O bildirib ki, təcrübəli forvard Avropa çempionatındakı ilk matçı buraxacaq.

“Barselona”nın forvardı iyunun 10-da Türkiyə ilə yoldaşlıq oyununda zədələnib.

Polşa D qrupunda mübarizə aparacaq. Onun rəqibləri Niderland (16 iyun), Avstriya (21 iyun) və Fransa (25 iyun) olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43