20 Sentyabr 2024
Dünya futbolu

Fernando Torresin yeni iş yeri bəlli oldu

İspaniya millisinin sabiq üzvü Fernando Torresin yeni iş yeri bəlli oldu.

İdmanxeber.az-ın məlumatına görə, keçmiş forvard  “Atletiko”nun B komandasını çalışdıracaq. Gənc mütəxəssis daha öncə bu klubun U-19 komandasına rəhbərlik edib.

Xatırladaq ki, Torres paytaxt təmsilçisinin yetirməsidi. O,  2001-2007 və 2015-2018-ci illərdə “Atletiko”da forma geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43