20 Sentyabr 2024
Dünya futbolu

Fransalı futbolçu “Milan”ın hədəfində

“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu “Yuventus”un üzvü Adrien Rabionu almaq istəyir. Fransalı futbolçu da “Milan”a transfer olmaqda maraqlıdı.

Rəhbərlik futbolçuya 7,5 milyon avro maaş təklif etməyə hazırlaşır. Rabionun “Yuventus”la müqaviləsi yayda başa çatır.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43