20 Sentyabr 2024
Dünya futbolu

Qattuzo Xorvatiya klubu ilə anlaşdı

İtaliyalı məşqçi Cennaro Qattuzonun yeni klubu açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, 46 yaşlı çalışdırıcı Xorvatiyanın “Hayduk” təmsilçisi ilə anlaşıb. Tərəflər arasında iki illik müqavilə imzalanıb.

İtaliya millisinin sabiq üzvünün son iş yeri Fransanın “Marsel” klubu olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43