20 Sentyabr 2024
Kateqoriyasız

Bakı klubu “sambaçı” üçün “Kəpəz”ə nə qədər ödəyəcək?

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək “Zirə”nin heyətini Junior Martinslə gücləndirməsi haqqında ötən gün xəbər vermişdik.

İdmanxeber.az saytı bu transferin maliyyə dəyərini araşdırıb. Əldə etdiyimiz məlumata görə, Gəncə klubu braziliyalı futbolçunu qəsəbə təmsilçisinə satmaqla 55.000 dollar (93.500 manat) qazanc əldə edib. Rəşad Sadıqovun israrla istədiyi “sambaçı” üçün bu məbləğ “Kəpəz” klubuna yaxın günlərdə ödəniləcək.

Qeyd edək ki, Junior Martinsin bu ilin sonuna kimi “Kəpəz”lə müqaviləsi var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43