21 Sentyabr 2024
Dünya futbolu

Messi məşqçi olmaq istəmir

“İnter Mayami”nin hüçumçusu Lionel Messi futbolu bitirdikdən sonra məşqçilik etməyəcəyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə argentinalı futbolçu özü açıqlama verib. O, bu peşədən xoşlanmadığını vurğulayıb.

Messi 2023-cü ilin yayında azad agent kimi PSJ-dən “İnter Mayami”yə keçib. Onun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43