21 Sentyabr 2024
Dünya futbolu

“Borussiya” baş məşqçi ilə vidalaşdı – Nuri Şahin gəlir

“Borusiyya” (Dortmund) klubu baş məşqçi Edin Terziçlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis tutduğu vəzifədən istefa verib. 42 yaşlı çalışdırıcını türkiyəli məşqçi Nuri Şahinin əvəzləyəcəyi bildirilir.

Xatırladaq ki, Terziç “Borusiyya”nı ötən mövsüm Çempionlar Liqasının finalına çıxarıb. Həlledici matçda “sarı-qaralar”  “Real”a 0:2 hesabı ilə məğlub olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43