22 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” yeni transferini rəsmən açıqladı

“Zirə” Davit Volkovu heyətinə qatıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə əsasən xəbər verir ki, “qartallar” gürcüstanlı hücumçu ilə 2 illik müqavilə bağlayıb. 

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020 – 2022-ci illər aralığında da Bakı klubunun şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43