29 Sentyabr 2024
Ölkə futbolu

“Klublarda davamlı oynamağımız, formada qalmağımız çox önəmlidi”

“Slovakiya millisi bizdən öncə İspaniya komandasını məğlub edib. Bizim üçün çətin oyun olacağı gözlənilən idi. Elə də oldu. Rəqib bizdən daha hazırlıqlı idi”.

Bu sözləri İdmanxeber.az saytına U-21 millimizin kapitanı Fərid Yusifli yoldaşlıq görüşü çərçivəsində keçirilən Slovakiya matçı (2:3) barədə danışarkən deyib. “Neftçi”nin futbolçusu Bolqarıstan oyunundan (0:0) da söz açıb:

“Onları məğlub edə bilərdik. Real qol şanslarımız oldu. Sadəcə yararlana bilmədik. Amma oyun baxımından rəqibi üstələdik. Həm də yoldaşlıq görüşü olduğu üçün Samir Əliyev bütün futbolçulara şans verdi.

Qarşıda Avropa çempionatı seçmə mərhələsi oyunları var. Qrupumuz çox güclüdü. Hələ bu görüşlərə 2 ay var. Klublarda davamlı oynamağımız, formada qalmağımız çox önəmlidi. Bunlar millidəki çıxışımıza çox təsir edir”.

Xatırladaq ki, U-21 millimiz yoldaşlıq oyunları çərçivəsində Slovakiyaya 3:2 məğlub olub, Bolqarıstanla 0:0 hesabı ilə heç-heçə edib.

Qeyd edək ki, yığmamız AÇ seçmə mərhələsi çərçivəsində qrupda Ukrayna, İngiltərə, Lüksembruq, Serbiya və Şimali İrlandiya komandaları ilə birgə yer alıb. 

Azərbaycan millisi 6 oyundan sonra 3 xalla qrupda sonuncudu.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43